"Norveçli salam verib dedi ki, sabah 3 xalı götürüb gedəcəyik"

"Norveçli salam verib dedi ki, sabah 3 xalı götürüb gedəcəyik"
12:57 9 Oktyabr 2016
534 İdman
Ölkə mətbuatı
A- A+

"Mənim bütün sirrimi gizlədir" (15 Aprel 2017 22:47)

DÇ-2018-in seçmə qrup matçında Azərbaycan Norveç millisinə 1-0 hesabı ilə qalib gəlib.

Qələbə qolunun müəllifi Maksim Medvedyev oyundan sonra fikirlərini bölüşüb:

"Çox sevinirik ki, vacib 3 xalı qazana bildik. Rəqib güclü olsa da, uşaqlar çox yaxşı vuruşdular. Qələbə üçün əlimizdən gələni etdik. Həm də çox şadam ki, millidə ilk qolumu vurdum. Bu tempi saxlamağa çalışmalıyıq. Səfərdə bizi Çexiya ilə çox çətin oyun gözləyir. Əvvəlcə bu görüşə hazırlaşmalı, sonra isə Norveç üzərində qələbənin sevincini doyunca yaşamalıyıq".

Goal.az xəbər verir ki, müdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb:

- Tribunalarda bu qədər azarkeşin olacağını gözləyirdiniz?

- Açığı, gözləmirdim. Çünki bilet satışı ilə tanış olduqda, bu göstəricinin aşağı olduğunu görmüşdüm. Amma oyun vaxtı anşlaq oldu. Bilmirəm, bu camaat hardan gəldi?! Doğrudan da evdə oynadığımız hiss olunurdu. Gücümüz olmasa da, azarkeşlərin səsi, gurultusu bizə çox böyük motivasiya verirdi. Ona görə də əlavə güc sayəsində sonadək vuruşa bildik.

- Norveçli jurnalistlərin millimizin mətbuat konfransına gəlməmələri sizdə qıcıq yaratmamışdı ki?

- Oyunöncəsi mətbuat konfransına gələndə baş məşqçimiz Robert Prosineçki ilə birgə olduğumuz vaxt norveçli nümayəndələrdən biri bizə yaxınlaşdı. Salam verdikdən sonra dedi ki, sabah 3 xalı götürüb evə gedəcəyik. Biz də belə baxdıq... Karyeramda birinci dəfə idi ki, rəqib komandanın nümayəndəsi bizə belə bir söz desin. Amma hər şeyi gördülər, evlərinə əliboş getdilər. Düşünürəm ki, bir daha belə danışmayacaqlar.

- İsveç "Göteborq"u ilə Avropa Liqasının "play-off" mərhələsindəki ev oyununuzda da meydanın vəziyyəti yaxşı deyildi. Bəs bu gün necə: Ot örtüyünün vəziyyəti oynamağa problem yaradırdı?

- Respublika Stadionu ilə Bakı Olimpiya Stadionunun ot örtüyü bir-birindən fərqlənir. Bu arena 2 gün əvvələ nisbətən normal idi. 2 gün əvvəl ot örtüyünü sulamışdılar, ümumiyyətlə, məşq etmək olmurdu. Bu gün isə bəzi futbolçular sürüşürdü, amma çox vaxt ayaq üstə qalmaq olurdu. Digər tərəfdən, bu örtüyə cəmi 20 gün qulluq olunub. Bu da futbol meydanı üçün çox azdır. Ən azı 6 ay belə vəziyyətdə qalmalıdır ki, dağılmasın. Düşünürəm ki, meydanı yaxşı vəziyyətə gətirmək üçün gələn ilədək vaxtımız var.

- Növbəti ev oyunlarını hansı stadionda keçirmək istərdiniz?

- Açığı, mənim üçün fərqi yoxdur. Tribunalar dolacaqsa, burada oynamaq yaxşı olardı. Amma elə oyunlar olur ki, azarkeş gəlmir. Lakin hiss edirəm ki, bu qələbələrdən sonra azarkeşlərin marağı daha yüksək olacaq. Bakı Olimpiya Stadionunun ot örtüyü düzəlsə, burada oynamaq bizə daha maraqlı olacaq.

- Özünüz mərkəz müdafiəçisi mövqeyində çıxış etsəniz də, qol vurdunuz. Həmin epizodda irəli çıxmağınıza səbəb nə idi?

- Qolu standart vəziyyətdən sonra vurduq. Baş məşqçimiz tapşırıq vermişdi ki, künc və cərimə zərbələri vurduğunuz vaxt irəli çıx. Çünki komandamızda alçaq boylu futbolçular çox idi. Ucaboylular mən, Eddi İsrafilov və Ruslan Qurbanov idik. Ona görə də irəli çıxdım. Elə oldu ki, cərimə zərbəsi yerinə yetirilərkən, rəqibin cərimə meydanını tərk etmədim. Gördüm ki, Ağabala Ramazanov yaxşı mövqedə durub. Mən də yaxşı açıldım, Ramazanov isə ayağıma ötürmə verdi. Nəticədə zərbəm tora tuş gəldi.

- Bəs mərkəz müdafiəçisi kimi yığmadakı ikinci oyununuzdan razı qaldınız?

- Yavaş-yavaş alışıram. Açığı, yalnız millidə sonuncu müdafiəçi mövqeyində oynayıram. "Qarabağ"da isə nadir hallarda məni o mövqedə görə bilərsiniz. Çünki həmin mövqedə oyunçularımız var. Bu gün bir az problem olduğu üçün məcbur oldum ki, mən oynayım. Tam yüzfaizlik oyun göstərə bilmədik. Baxmayaraq ki, qol vura bildim. Bir şeyi nəzərə almaq lazımdır ki, Norveç futbolçuları bizdən bir baş hündür idi. Ona görə də onlarla ikinci mərtəbədə mübarizə aparmaq çox çətin idi. Rəşad Sadıqovla danışdıq, buna hazır idik. Bizim üçün önəmlisi "ikinci mərtəbə" idi. Futbolçularımız rəqibin hücumlarının öhdəsindən gələ bildilər. Qapıçımız Kamran Ağayevi də qeyd edərdim. Bu gün çıxışda çox inamlı oynadı.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Zibillikdən sursat çıxdı

29 May 2017 15:50

Ərdoğanı qarşılayan əsgər onu güllələyəcəkdi – SUİ-QƏSD PLANI

29 May 2017 15:48

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları uzatdı

29 May 2017 15:47

"Əslində evlənməyi düşünmüşdük, amma..." - Burcu

29 May 2017 15:47

Gəncədə I Beynəlxalq Musiqi Festivalı keçirilib

29 May 2017 15:42

Elmar Məmmədyarov Kolumbiyaya gedib

29 May 2017 15:37

"MilliÖn"dən pul oğurladılar

29 May 2017 15:37

​“Azscore”-də PUL MÜKAFATI

29 May 2017 15:35

Yunanıstanda döyüş təyyarəsi qəzaya uğradı

29 May 2017 15:33

Serbiya Prezidenti Azərbaycan səfirini mükafatlandırıb

29 May 2017 15:29

Proqnoz: Rusiya əmək resursları qıtlığı ilə üzləşəcək

29 May 2017 15:27

Polis qızın paylaşımı "Facebook"-u bir-birinə qatdı...

29 May 2017 15:27

Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərib

29 May 2017 15:24

Azərbaycanlı general-mayordan qalan

29 May 2017 15:24

Ermənistan ordusunda ÇAXNAŞMA: Sarkisyan generalları istefaya göndərdi

29 May 2017 15:23

Min dərdin dərmanı gül çayı resepti

29 May 2017 15:22

Sarı kabriolet, bahalı nömrə - Aygün bu maşını sürür - FOTO

29 May 2017 15:17

"Barselona"dan "Qalatasaray"a transfer

29 May 2017 15:17

İlan ilanı uddu - VİDEO

29 May 2017 15:13

Parisdə Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunan konsert keçirilib

29 May 2017 15:12

Pis iş yoldaşından xilas olmaq yolları

29 May 2017 15:12

Ata yeni doğulmuş körpəsini belə çimizdirir

29 May 2017 15:07

Berlində təhlükə: Küçələr bağlandı, 40-dan çox polis...

29 May 2017 15:05

Həsən Ruhani Azərbaycan prezidentinə məktub göndərdi

29 May 2017 15:05

Evinin hasarından yıxılıb öldü

29 May 2017 15:04

Günahı təmizləməyin 15 vasitəsi

29 May 2017 14:58

Xoşqədəm xərçəng xəbərini tennisdə öyrəndi...

29 May 2017 14:57

Bu xəbər 90-60-90 olmaq istəyən qızlar üçündür...

29 May 2017 14:56

Evdә limon yetişdirmәk qaydası

29 May 2017 14:51

Stomatoloq pul xətrinə xəstənin başına oyun açdı

29 May 2017 14:48

"Ermənistan xüsusi xidmət orqanları Martirosyanı aradan götürə bilər"

29 May 2017 14:47

Bu həftə qlobal maliyyə bazarlarına təsir edəcək xəbərlər açıqlanacaq

29 May 2017 14:47

Masallıda məktəb yoldaşını qətlə yetirən ŞAGİRD TUTULDU

29 May 2017 14:47

Sənə yaraşan dodaq boyası hansıdır?

29 May 2017 14:44

Yasamalda yaşayış binasında yanğın olub

29 May 2017 14:43

Ölümdən bir neçə saat əvvəl çəkilən SELFİLƏR - FOTOLAR

29 May 2017 14:38

İsmayıllıdan çox üzücü xəbər gəldi...

29 May 2017 14:38

Müğənni Aytac Vidadiqızı aparıcılığa başladı - FOTO

29 May 2017 14:37

Küveytdə 28 May-Respublika Günü münasibəti ilə rəsmi qəbul keçirilib

29 May 2017 14:36

Qazaxıstanlı alimlər Qazax rayonunda tədqiqat aparacaqlar

29 May 2017 14:36

Siyəzəndə zibillikdən silah-sursat tapıldı

29 May 2017 14:34

Azərbaycan polisi hər yerdə bu şəxsi axtarır

29 May 2017 14:33

"Anasını öldürən polis mayorunun oğludur" - Mingəçevirdəki dəhşətli qətlin TƏFƏRRÜATI

29 May 2017 14:32

Təranə Səmədova həbsdə olan sevgilisindən danışıb ağladı - VİDEO - FOTO

29 May 2017 14:27

Bəyanat: Regionda sülh istəməyən qüvvələr Sülh Platformasına təzyiqləri artırıblar

29 May 2017 14:27

Elmar Məmmədyarov iyulda Macarıstana səfər edəcək

29 May 2017 14:26

Dillər universitetində dövlət imtahanı QALMAQALI

29 May 2017 14:24

Dünyanın ən bahalı şirkətlərinin yeni REYTİNQİ

29 May 2017 14:22

“Qarabağda artıq hərbi sabitlik olmayacaq” – Rusiyalı politoloqdan MÜHARİBƏ XƏBƏRDARLIĞI

29 May 2017 14:18

NATO PA-nın Tbilisidə keçirilən yaz sessiyası başa çatıb

29 May 2017 14:17