14 yaşlı futbolçu "Qalatasaray"ın tarixinə düşdü - FOTOLAR

14 yaşlı futbolçu "Qalatasaray"ın tarixinə düşdü -   FOTOLAR
13:47 9 Oktyabr 2016
91 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" milli komandalaoın oyunlarına görə yaranmış fasilədən yararlanaraq yoxlama oyunu keçirib. Fanat.Az xəbər verir ki, İstanbul klubu Bolqarıstanda "Levski" ilə üz-üzə gəlib.


Oyun "Qalatasaray"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara 11-ci dəqiqədə Josue, 68-ci dəqiqədə Hamit Altıntop imza atıb.


Oyun daha çox 14 yaşlı futbolçunun "Qalatasaray"ın əsas heyətində debüt etməsi ilə yadda qalıb. Belə ki, baş məşqçi Jan Olde Riekerink 89-cu dəqiqədə 2002-ci il təvəllüdlü Mustafa Kapıyı meydana buraxaraq debüt şansı verib. Bununla da o, "Qalatasaray" tarixində əsas komandada forma geyinmiş ən gənc futbolçu olub.


Fanat.Az





Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-14-yal-futbolcu-quotqalatasarayquotn-tarixin-dudu-t53208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR