"Metyu" ABŞ-da 14 can aldı

"Metyu" ABŞ-da 14 can aldı
14:05 9 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

"Metyu" qasırğası nəticəsində ABŞ-da həyatını itirənlərin sayı 14 nəfərə çatıb.

APA-nın "ABC News" telekanalına istinadən verdiyi məlumata görə, dünən Corciya ştatında 3 nəfər, Florida ştatında 4 nəfər, Şimali Karolina ştatında 3 nəfərin qasırğa qurbanı olduğu açıqlanıb.

Bu gün isə şənbə günü Florida ştatında 2 nəfər, Corciya ştatında 1 nəfər, o cümlədən Şimali Karolina ştatında 1 nəfərin də  qasırğa nəticəsində öldükləri bildirilib. Hər 3 ştatda fövqəladə vəziyyət rejimi elan edilib.

Qeyd edək ki, "Metyu" qasırğası Haitidə 877 nəfərin ölümünə səbəb olub. Eyni zamanda  "Metyu" qasırğası 2007-ci ildən ABŞ-ı vuran ən güclü qasırğadır. Hazırda qasırğa ABŞ-ın cənub-şərq sahilləri yaxınlığından keçir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR