Azərbaycan - Norveç: kim necə oynadı?

Azərbaycan - Norveç: kim necə oynadı?
14:14 9 Oktyabr 2016
159 Digər
Ölkə mətbuatı
A- A+

Norveç-Azərbaycan oyununun stadionu müəyyənləşdi (04 May 2017 20:32)
Norveç - Azərbaycan oyununun harada keçiriləcəyi müəyyənləşdi (04 May 2017 19:32)
Norveç - Azərbaycan oyununun stadionu müəyyənləşib (04 May 2017 18:29)

Dünya çempionatının seçmə mərhələsində ardıcıl ikinci qələbəsini qazanan Azərbaycan millisi iki turdan sonra Almaniya ilə birlikdə turnir cədvəlinə başçılıq edir. Apasport.az saytı xəbər verir ki, komandamız San-Marinodan sonra Norveçi də tək qolla məğlubiyyətə uğratdı.

 

Erkən vurulan qol yığmamızı 80 dəqiqə müdafiə olunmağa vadar etdi. Əslində, Norveç yığması da elə güclü komanda təsiri bağışlamadı. Skandinaviya təmsilçisi bütün ümidini cinah asmalarına və künc zərbələrinə bağlamışdı. Belə hallarda isə bəzən Kamran Ağayev, bəzən rəqibin qeyri-dəqiq oyunu, bəzən də bəxt qola mane oldu.

 

Kamran Ağayev – Matça yaxşı başlamasa da, tezliklə özünü toparladı. 2-3 adi epizodda topu əlindən buraxmaqla azarkeşləri həyəcanlandırdı. Ancaq əlcəklərini dəyişdikdən sonra tamam başqa Kamran izlədik. Bir neçə dəfə millimizi qoldan xilas edən qolkiper çıxışlardakı inamlı oyunu ilə də ucaboy norveçlilərə zərbə vurmaq imkanı vermədi.

 

Rəşad Sadıqov – Yüngül zədəsi olan kapitan növbəti dəfə fədakarlıq nümayiş etdirdi. Rəqibin hücumları zamanı, həmişəki kimi, kritik toxunuşları ilə təhlükənin böyüməsinə mane oldu. Onsuz da, yüngül zədəsi olan Rəşad bir neçə dəfə xəsarət alsa da, əsl “qladiator” kimi, sona qədər meydanda “döyüşdü”.

 

Maksim Medvedev – Müdafiənin mərkəzində oynayan Maksim görüşü kobud səhv etmədən keçirdi. Düzdü, bəzi epizodlarda yer seçimində yanlışlığa yol verdi. Amma təcrübəli Rəşad həmin anlarda onu sığortalayırdı. Qələbə qolunu vurması isə Medvedevi matçın qəhrəmanına çevirdi.

 

Arif Daşdəmirov – "Qarabağ"da əsasən ehtiyatda qalan Daşdəmirov dünənki qarşılaşmaya uğursuz start götürdü. Matçın əvvəllərində 2-3 dəfə azarkeşləri həyəcanlandıran səhvə yol verdi. Ancaq tezliklə özünü ələ aldı və etibarlı oyun göstərməyə başladı.

 

Məhəmməd Mirzəbəyov – Sağ cinah müdafiəçisini komandamızın ən zəifi saymaq olar. Onun yer aldığı cinah rəqib üçün boş dəhlizə çevrilmişdi. Təsadüfi deyil ki, Norveç yığması əksər hücumlarını məhz burdan qururdu. Mirzəbəyovun rəqib oyunçularla bacarmadığını görən Ağabala Ramazanov çox geri çəkilməli oldu və bir neçə dəfə norveçlilərin həmin cinahdan təhlükəli həmlələrinin qarşısını aldı.

 

Qara Qarayev – Qaranın işinin öhdəsindən gəldiyini demək olar. Onsuz da, rəqib komanda bütün ağırlığını cinahlara qoymuşdu. Belə olanda da Qarayev işsiz qalmamaq üçün müdafiəçilərin arasına qoşulurdu və rəqib hücumda olarkən komandamız 5 müdafiəçili sistemlə çıxış edirdi.

 

Rahid Əmirquliyev – Rahidin də əsas vəzifəsi müdafiəçilərə kömək etmək idi. Orta sahədə sıxlıq yaradanlardan biri idi və ümumi ansambldan ayrılmadı. Bir neçə epizodda topu rəqibdən "oğurlayaraq", dəqiq ötürmə ilə komandamızın əks-hücuma keçməsinə şərait yaratdı.

 

Eddi İsrafilov – Orta sahədə hücuma ən yaxın olan Eddi də çox irəli çıxmırdı. İnsaf naminə onun da komandamıza köməyinin dəydiyini demək lazımdı. Təbii ki, müdafiə mənasında. Ucaboylu olması yığmamızın çox köməyinə çatdı və norveçlilərin cinah asmaları zamanı bir neçə dəfə topu başla geri qaytarmağa nail oldu.

 

Dmitri Nazarov – Komandamız əsasən müdafiə olunduğundan, Nazarova böyük iş düşürdü. Belə ki, topu ələ keçirərkən onu "gizlətmək" və rəqibin təzyiqini yox etmək ona tapşırılmışdı. Prinsipcə bir çox hallarda bunu bacarırdı. Xüsusən də, cərimə zərbələri qazanmaqla norveçlilərin tempi yüksəltmələrinə mane olurdu.

 

Ağabala Ramazanov – Şübhəsiz ki, oyunun ən fəalı idi. Əsasən sağ cinahda yer alan Ramazanov, xüsusən də, birinci hissədə sürətli reydləri sayəsində azarkeşləri həyəcanlandırdı. Ancaq topla uzun məsafə qət etdikdən sonra ötürmə verməməsi və təkbaşına irəliləmək istəyi hər dəfə onu itirməsi ilə nəticələnirdi. Qələbə qolunun ötürməsini verən Ağabala sağ cinahda rəqiblə bacarmayan Məhəmməd Mirzəbəyova da çox kömək etdi.

 

Ruslan Qurbanov – "Qəbələ"nin yeni transferinin işi çox çətin idi. Çünki yığmamız böyük qüvvə ilə müdafiə olunurdu. Belədə çox vaxt Qurbanov irəlidə tək qalırdı. Bir neçə dəfə top saxlamaqla, cərimə zərbəsi qazanmaqla komandamızın rahat nəfəs almasına kömək etdi.

 

Namiq Ələsgərov - Son 25 dəqiqədə meydanda olan Ələsgərov əvvəlki formasında olsaydı, sürəti sayəsində əks-hücumlarda rəqib müdafiəçilərinə problem yarada bilərdi. Amma bu görüşdə komandamıza əlavə güc qata bilmədi.

 

Ramil Şeydayev - Cəmi 10 dəqiqə mübarizə aparan Şeydayev yenə qol vurmaq imkanı əldə etdi. Ancaq lazımi anda zərbə vurmaq əvəzinə topu ayağında çox saxlamaqla komandamızı, bəlkə də, ikinci qoldan məhrum etdi.

 

Bədavi Hüseynov - Bədavi yalnız əlavə olunmuş dəqiqələrdə müdafiəni gücləndirmək üçün oyuna qoşuldu. Vaxt azlığından ona elə bir iş də düşmədi.

 

Ruslan SADIQOV

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gömrükdə 4 min ədəd siqaret aşkar edilib

22 May 2017 19:55

İslamiadanın bağlanış mərasiminin DETALLARI

22 May 2017 19:54

"Çovğun hamısını apardı" - İsmayıllıda qasırğa - VİDEO - FOTO

22 May 2017 19:52

Ruhani: Azərbaycan İranın ən yaxşı qonşusudur

22 May 2017 19:50

Kərimi anasının qəbrinə yaxın buraxmayıblar -

22 May 2017 19:50

Ad günündə nələri etmək olmaz? - Bu qonaqlardan və hədiyyələrdən qorunun!

22 May 2017 19:43

Xalq artisti nəticəsini belə əzizlədi - VİDEO

22 May 2017 19:42

Türkiyənin tanınmış aktrisasına xərçəng diaqnozu qoyulub

22 May 2017 19:42

Özü festivalda, sevgilisi başqası ilə... - FOTO

22 May 2017 19:42

Gülnarə Xəlilova: Azərbaycanda İslamiada kimi tədbirlərin keçirilməsi ölkəmizin öncüllərdən olduğunu göstərir

22 May 2017 19:36

"Azərbaycan" jurnalının yeni sayı

22 May 2017 19:36

Putin Fransada Makronla görüşəcək

22 May 2017 19:34

"Sənin ölməyini gözləyə bilmərəm, evi adıma keçir" - oğlundan Əmraha

22 May 2017 19:32

Baş məqşçi: "Əsəs hədəfimiz dünya çempionatın seçmə mərhələsidir"

22 May 2017 19:27

Günay: "Hələ beləsi olmayıb" - FOTO

22 May 2017 19:22

Beyninə qan sızan meyxanaçı Kərimdən YENİ XƏBƏR

22 May 2017 19:22

"Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi idmanın təbliği baxımından əhəmiyyətlidir"

22 May 2017 19:22

Yüngül siqaretlər ağciyər xərçənginə ikiqat meyillidir

22 May 2017 19:18

Bu ilin əvvəlindən "DDoS" hücumlar azalıb

22 May 2017 19:17

Berlində bomba həyəcanı:

22 May 2017 19:13

BİABIRÇILIQ! Qoca kişi gəlinlikdə rəqs edir - VİDEO

22 May 2017 19:12

Premyer Liqada mövsümün qolunu ƏMRƏ CAN vurdu - VİDEO

22 May 2017 19:12

Qriqorçuk onu geri qaytardı - FOTO

22 May 2017 19:07

Bakıda iki qardaşın ölməsi ilə nəticələnən yanğının DETALLARI - FOTO

22 May 2017 19:05

Yerli məşhurlar və övladları - FOTOLAR

22 May 2017 18:57

O gözəl futbolçulara verdiyi sözü tutacaq? - FOTOLAR

22 May 2017 18:57

FHN Binəqədidəki yanğınla bağlı məlumat yayıb

22 May 2017 18:55

Bit bazarından 20 manata aldı, 700 min manata satacaq

22 May 2017 18:53

Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu keçirilib

22 May 2017 18:52

Ruhani: "ABŞ-ərəb sammiti tamaşadır"

22 May 2017 18:52

Orqanizmi qocalmağa qoymayan 6 cavanlıq cövhəri haqqında bilmədikləriniz

22 May 2017 18:48

Aparıcı Şəhriyar: "Saçıma dən düşməyi məni sevindirir"

22 May 2017 18:47

® “DəmirBank” ASC 2017-ci ildə xidmətləri satınalınması məqsədi ilə tender elan edir

22 May 2017 18:39

Aygün Kazımova türkiyəli müğənnilərdən şikayət etdi

22 May 2017 18:37

Meksikada ağır yol qəzası

22 May 2017 18:37

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

22 May 2017 18:36

Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM

22 May 2017 18:34

Türkiyədə dizel yanacağının qiyməti qaldırılır

22 May 2017 18:32

Makronun qələbəsi: geosiyasi və daxili ziddiyyətlərin fonunda

22 May 2017 18:32

"Bank of Baku" İnternet Bankçılıq xidmətini yeni funksiyalarla təkmilləşdirir

22 May 2017 18:29

15 iyul çevrilişinin 1-ci generalı: "Kaş ölərdim, bu günləri görməzdim"

22 May 2017 18:29

Günay Musayeva eks əri haqda danışdı - VİDEO - FOTO

22 May 2017 18:27

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

22 May 2017 18:27

"Qarabağ"dan ayrıldı, "Qəbələ"yə gedir - SON ANDA

22 May 2017 18:27

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTO

22 May 2017 18:27

Azərbaycan gözəlləri

22 May 2017 18:26

Bank "BTB"nin "MasterCard" sahiblərinə yeni müjdə

22 May 2017 18:22

Bakıda "X5"lə avtoqəza törətmiş şəxs restoran sahibi olub?

22 May 2017 18:22

Azərbaycanda tanınmış baş həkim vəfat etdi

22 May 2017 18:19

İranlı modeli hədələdilər: "Döşlərini kəsəcəyik" - FOTO

22 May 2017 18:18