Millimiz üçün son şans - YENİLƏNİR

Millimiz üçün son şans -   YENİLƏNİR
14:57 9 Oktyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin qarşılaşmaları Litvada təşkil olunan V qrupunda III turun oyunları keçiriləcək. Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin çıxış etdiyi qrupun üçüncü oyun günündə hər iki matç eyni saatda start götürəcək.
 
İlk oyunda Avstriyaya (1:4), ikinci turda isə Bosniya və Hersoqovinaya (1:2) məğlub olan millimiz bu dəfə meydan sahibləri Litva millisi ilə qarşılaşacaq.
 
Rəqibimizin də bizim kimi iki matçdan sonra xalı olmasa da, hər iki komanda növbəti tura yüksəlmək şansını cüzi də olsa, saxlayır. Belə ki, qruplarda ilk iki yerin sahibləri ilə yanaşı ən yaxşı üçüncü yerin sahibi olan bir komanda da qrupdan çıxmaq sevincini yaşayacaq.
 
Bu baxımdan meydan sahibləri ilə matçda qələbə Nazim Süleymanovun yetirmələri üçün həlledici ola bilər.
 
Turun digər matçında isə liderlər - Avstriya və Bosniya və Hersoqovina milliləri üz-üzə gələcəklər.
 
Avropa çempionatı (U-19)
Seçmə mərhələ
V qrup, III tur

9 oktyabr
15.00 Azərbaycan - Litva
Azərbaycan: 12. Süleyman Süleymanov, 3. Emil Əliyev, 5. Əli Əliyev, 6. Anton Krivotyuk, 7. Fərid Nəbiyev, 10. Ziya Əzizov, 11. Rövlan Muradov, 13. Hacıağa Hacıyev (k), 17. Murad Xaçayev, 18. Famil Camalov, 20. Ömər Buludov.
Ehtiyat oyunçular: 1. Elnur Orucov, 2. Amin Seydiyev, 8. Ruslan Hacıyev, 9. Camal Camalov, 10. Yusif Cəfərov, 11. Tural Bayramlı.
Baş məşqçi: Nazim Süleymanov.
Litva: 12. Titas Krapikas, 4. Tadas Paulikas, 5. Martinas Medelinskas, 6. Linas Mrqelaitis (k), 8. Dominikas Kubilinskas, 10. Ernestas Stokkünas, 13. Julius Momkus, 14. Edvinas Kloniunas, 15. Rokas Lekiatas, 16. Eliqiyus Yankauskas, 18. Deyvidas Şeşplaukis.
Ehtiyat oyunçular: 1. Ovidiyus Şiaulys, 2. Matas Voronko, 7. Vilius Giedraitis, 9. Domantas Vitkus, 11. Erik Motuz, 17. Cuqas Sünelaitis.
Baş məşqçi: Svayunas Cesnulis.
Hakimlər: Georgias Kizas, Çasan Kula (Yunanıstan), Frederik Qodelayn, Conatan Lardot (Belçika).
Alitus. Alitus stadionu.

Avstriya - Bosniya və Hersoqovina 
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov (Bolqarıstan), Vitis Snarskis, Manfredas Lukyançiukas (Litva).
Marijampole. Süduva stadionu.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimiz-ucun-son-ans-t53211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR