Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Çox məyusuq"

"Çox məyusuq"

Date: 9 October 2016 15:32

Norveç millisinin kapitanı Per Silyan Şelbred DÇ-2018-in seçmə mərhələsində millimizə dünən uduzduqları oyunu (0:1) şərh edib.

Qol.az-ın xəbərinə görə, o deyib ki, Azərbaycan qol vurduqdan sonra komandası tez toparlanaraq rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb.

"Əsasən, birinci hissədə bizim yaxşı şanslarımız oldu. Amma istifadə edə bilmədik", - deyə o, Norveç Futbol Assosiasiyasının rəsmi saytına bildirib:
 
"Əgər hesabı bərabərləşdirsəydik, oyunun məcrası dəyişəcəkdi. Hazırda çox məyusuq. Biz qalib gəlməli olduğumuz komandaya uduzduq. İndi özümüzə gəlməli və oktyabrın 11-də San-Marionoyla oyunda qələbə qazanmalıyıq".

Milli.Az


Tags:  Çox məyusuq

RƏYLƏR


Top news