Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Türkiyəyə getdi

İlham Əliyev Türkiyəyə getdi

Date: 9 October 2016 16:08

Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə keçirilən XXIII dünya enerji konqresində iştirak etmək üçün bu ölkəyə səfər edib.

Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi xəbər yayıb. Məlumatda bildirilir ki, Atatürk adına Beynəlxalq Hava Limanında Azərbaycan prezidentini İstanbul qubernatoru Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıb.

Azərbaycan prezidenti bu gün Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüş işçi nahar çərçivəsində keçiriləcək.

Qeyd edək ki, sabah Türkiyənin İstanbul şəhərində dünya enerji sammiti öz işinə başlayacaq.

Dünyanın 80 ölkəsindən 50 ölkə başçısının, 54 baş nazirinin, ümumilikdə 266 dövlət rəsmisinin qatıldığı sammitdə TANAP, TAP və "Türk axını" kimi nəhəng layihələrin müzakirəsi keçiriləcək.

Beynəlxalq tədbirin açılışını oktyabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və baş nazir Binəli Yıldırım edəcək.


Tags:  İlham Əliyev Türkiyəyə getdi

RƏYLƏR


Top news