Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Malayziyada İŞİD-lə əlaqədə olan 16 nəfər həbs edilib

Malayziyada İŞİD-lə əlaqədə olan 16 nəfər həbs edilib

Date: 9 October 2016 17:07

Bakı. 9 oktyabr. REPORT.AZ/ Malayziyanın hüquq-mühafizə orqanları İŞİD terror qruplaşması ilə əlaqədə olan 16 nəfəri həbs edib.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə krallığın polis rəhbəri Xalid Əbu Bəkr məlumat yayıb.
Onun sözlərinə görə, bununla bağlı xüsusi əməliyyat sentyabrın sonlarında, ölkənin 6 ştatında keçirilib. "Həbs edilmiş şəxslərdən 14-ü birbaşa hazırda Suriyada döyüşən və Malayziyada törədilmiş terror aktının təşkilatçısı Məhəmməd Vandinin tabeliyində olanlardır" – deyə polis rəhbəri bildirib.
Xalid Əbu Bəkr həmçinin əlavə edib ki, saxlanılanlar arasında dövlət tabeliyində olan məktəbin əməkdaşı, bank işçisi, işsiz və digər şəxslər var.

Tags:  Malayziyada İŞİD-lə əlaqədə olan 16 nəfər həbs edilib

RƏYLƏR


Top news