Vahe Avetian: "Bilet alıb Bakıya gələn ilk erməniyəm" - FOTO

Vahe Avetian: "Bilet alıb Bakıya gələn ilk erməniyəm" - FOTO
17:32 9 Oktyabr 2016
129 Ölkə
Ölkə mətbuatı
A- A+

İsveçdə yaşayan erməni Azərbaycana gəldi.

Siyasi aktivist, hazırda İsveçdə sürgündə yaşayan erməni Vahe Avetian Azərbaycana gəlib. Onu aeroportda Dövlər Təhlükəsizlik Xidmətinin nümayəndələri qarşılayıb.

Milli.Az 24saat.org saytına istinadən xəbər verir ki, hazırda Heydər Əliyev adına Beynəlxalq Hava limanında erməni yazıçı Vahe Avetian saxlanılıb.

Avetianın facebook profilində hadisə ilə bağlı geniş açıqlama yayıb. O yazır ki, "mən sülhün başlanğıcıyam. Bilet alıb Bakıya gələn ilk erməniyəm": "25 ildir bu ölkəyə dəvətsiz, hökümətin razılığı olmadan bir erməni də girə bilməyib. Mən öz istəyimlə gəlmişəm. Qonaq gəlmişəm. Tarixi dəyişirik. Bu gün sülhün başlanğıc günüdür".

Vahe bildirib ki, enişdən sonra onu aeroportda saxlayıblar. DTX nümayəndələri gəlib, səmimi söhbət ediblər. O da niyə gəldiyini izah edib. Onlar gediblər, söz veriblər ki, proses tezliklə həll olunacaq. Yəqin ki, onu geri göndərəcəklər.

Vahe kofe ve tosta qonaq edildiyini də yazıb. "Oturub söhbət edirik, deyib gülürük. Əla uşaqlardı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR