Türkiyədə uğurlu əməliyyat - 39 terrorçu zərərsizləşdirildi

Türkiyədə uğurlu əməliyyat - 39 terrorçu zərərsizləşdirildi
17:53 9 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda keçirilmiş antiterror əməliyyatları zamanı 39 terrorçu zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, antiterror əməliyyatlarından birində 8 terrorçu məhv edilib.

Çilekli Təpədəki mağaralardan birində isə daha 3 terrorçunun cəsədi tapılıb.

Bununla yanaşı, Zengil Tepe və Gerki Tepe bölgələrində silah-sursat ələ keçirilib.

Əməliyyatlarda ümumilikdə xeyli sayda silah-sursatın, partlayıcı maddənin ələ keçirildiyi bildirilir.

Qeyd edək ki, havadan dəstək verilən əməliyyat hazırda davam edir. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR