Türkiyəli nazir: "Bu konqres böyük fürsət yaradır"

Türkiyəli nazir: "Bu konqres böyük fürsət yaradır"
18:05 9 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak İstanbulda təşkil olunan XXIII Dünya Enerji Konqresi ilə bağlı mətbuat konfransı keçirib.

Milli.Az axar.az-a istinadən bildirir ki,konqresin məqsədi, Türkiyənin enerji siyasətinin istiqamətləri barədə geniş məlumat verən nazir diqqətə çatdırıb ki, tədbir çərçivəsində energetikanın bütün sahələrinə dair birgə müzakirələr aparılması bu sektorda səmərəli əlaqələrin qurulması, daha böyük uğurların əldə olunması üçün böyük fürsət yaradır.
 
Rəsmi məlumata görə, İstanbul konqresi dövlət və hökumət başçıları da daxil olmaqla, 80 ölkədən gələn iştirakçıları bir araya toplayacaq. Konqresdə 266 nümayəndə qlobal enerji siyasətinin gələcəyi barədə fikir mübadiləsi aparacaq.
 
Konqres iştirakçıları arasında Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin baş icraçı direktoru Robert Dadli, "Gazprom"un idarə heyətinin sədri Aleksey Miller, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"nun baş icraçı direktoru Amin Nasser, "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev, TANAP-ın baş direktoru Saltuk Düzyol və başqaları da var.
 
Azərbaycan konqresdə geniş nümayəndə heyəti ilə təmsil olunur.
 
Konqres oktyabrın 13-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR