Alman nazirin şəkli İranı bir-birinə qatdı - FOTO

Alman nazirin şəkli İranı bir-birinə qatdı - FOTO
18:22 9 Oktyabr 2016
163 Dünya
Ölkə mətbuatı
A- A+

İran prezidentinin köməkçisi Məsumə Ebtekarın Almaniyanın ekologiya naziri Barbara Hendrickslə görüşü skandala səbəb olub.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, İran dövlət televiziyası IRIB-in Almaniyanın ekologiya naziri Hendrickslə Ebtekarın görüşü haqda hazırladığı xəbər aləmi bir-birinə qatıb. Telekanal saçları qısa kəsilmiş alman nazir Hendricksi kişi zənn edib və bununla bağlı "Ebtekar kişi əlini sıxdı", - deyə xəbər hazırlayıb.

Bu xəbərin ardından iranlılar kişi nazirlə əl sıxdığı üçün Ebtekarı tənqid atəşinə tutublar.
Hendricksinin kişi yox, qadın olduğu ortaya çıxandan sonra qalmaqala yol açan IRIB kanalı bəyanat yayaraq səhvini etiraf edib.

IRIB-in xəbəri Almaniya mediasında istehza mövzusuna çevrilib.
Qeyd edək ki, İranda qadınların naməhrəm kişilərlə əl sıxaraq görüşməsi qadağandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR