Çin hökuməti təxminən 7-ci əsrdən bəri qüvvədə olan duzun qiymətinə dövlət nəzarətindən imtina etmək qərarına gəlib.
Qafqazinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət İnkişaf və İslahat Komitəsi bildirib. Qərar 1 yanvar 2017-ci ildən etibarən qüvvəyə minəcək.
Komitənin məlumatına görə, hazırda Çində duz istehsal edən 300-ə yaxın müəssisə var.
Milli.Az