Hakkaridə 39 terrorçu zərərsizləşdirildi

Hakkaridə 39 terrorçu zərərsizləşdirildi
18:57 9 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda keçirilmiş antiterror əməliyyatları zamanı 39 terrorçu zərərsizləşdirilib.

Report xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, antiterror əməliyyatlarından birində 8 terrorçu məhv edilib. Çilekli Təpədəki mağaralardan birində isə daha 3 terrorçunun cəsədi tapılıb.

Bununla yanaşı, Zengil Tepe və Gerki Tepe bölgələrində silah-sursat ələ keçirilib.
Əməliyyatlarda ümumilikdə xeyli sayda silah-sursatın, partlayıcı maddənin ələ keçirildiyi bildirilir.
Qeyd edək ki, havadan dəstək verilən əməliyyat hazırda davam edir.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR