Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

32 milyonluq oyunçuya “göz dəydi”

32 milyonluq oyunçuya “göz dəydi”

Date: 9 October 2016 19:09

“Napoli”nin hücumçusu Arkadius Milik zədələnib. Apasport.az saytının məlumatına görə, poşalı oyunçu millisinin oyununda ciddi xəsarət alıb.

 

İtaliya mətbuatı iddia edir ki, futbolçu 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, yay transfer dönəmində neapolluların 32 milyon avroya “Ayaks”dan transfer etdikləri Milik mövsümə möhtəşəm start vermişdi. O, A seriyasında meydana çıxdığı 7 oyunda 4, Çempionlar liqasında isə 2 matçda 3 qol vurmuşdu. 


Tags:  milyonluq oyunçuya göz dəydi


RƏYLƏR


Top news