Heydər Əliyev Mərkəzinin qarşısında "Red Bull Soapbox” yarışı keçirilib

Heydər Əliyev Mərkəzinin qarşısında "Red Bull Soapbox” yarışı keçirilib
19:27 9 Oktyabr 2016
106 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 oktyabr. REPORT.AZ/ Oktyabrın 9-da Bakıda Heydər Əliyev Mərkəzinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə "Red Bull Soapbox” yarışı keçirilib.
"Report" xəbər verir ki, yarışı izləyənlər arasında Arzu Əliyeva və ailə üzvləri də olub.
Yarışın qalibi adına "Angry Birds" komandası layiq görülüb. "Aviators" komandası ikinci, "Bull & Co" isə üçüncü yeri tutub.
Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan yarışmanın münsiflər heyətində Azərbaycanın şou-biznes və incəsənət aləminin tanınmış simaları təmsil olunub. Münsiflər heyəti iştirakçıları yaradıcılıq və startdan öncə qurduqları səhnəciklər əsasında qiymətləndirib. Digər bir meyar isə arabanın finişədək bütün maneələri dəf edərək çatdığı vaxt olub.
“Red Bull Soapbox” yarışları bütün dünyada şəhər yollarında keçirilir və komandalar yerli həvəskarlardan təşkil olunur. Yarışda 44 komanda öz dördtəkərli arabaları ilə iştirak edir. Arabalar heç bir texniki vasitə olmadan, yalnız insanın fiziki qüvvəsi ilə hərəkətə gətirilir.
İlk “Red Bull Soapbox” yarışı 2000-ci ildə Belçikada təşkil edilib. O vaxtdan bəri bu yarış dünyanı fəth edərək 100-dən çox ölkədə keçirilib və böyük tamaşaçı rəğbəti qazanıb.
Yarışı izləyən tamaşaçılar bu gün həm də Heydər Əliyev Mərkəzinin parkında gözəl bir həftəsonu keçiriblər.









Xəbərin orijinal ünvanı: http://report.az/komanda/heyder-eliyev-merkezinin-qarsisinda-red-bull-soapbox-yarisi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR