Müsəlman təqviminin aylarının adı nədir?

Müsəlman təqviminin aylarının adı nədir?
19:42 9 Oktyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Müsəlman təqvimi dedikdə hicri-qəməri təqvim nəzərdə tutulur. Hicri-qəməri təqvim Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətindən hesablanır. Şəriət hökmlərində (məsələn, orucluq və s.) hicri-qəməri təqvimdən istifadə edilir.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu təqvimdə il 354 və ya 355 gündən ibarət olur. Hicri-qəməri il hər biri 29 və ya 30 gün olan 12 aydan ibarətdir. Ayların adı ardıcıllıqla belədir: Mühərrəm, səfər, rəbiül-əvvəl, rəbiül-axır (və ya rəbiüs-sani), cəmadiyül-əvvəl, cəmadiyül-axır (və ya cəmadiyüs-sani), rəcəb, şaban, ramazan, şavval, zilqədə və zilhiccə.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR