Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lavrov:"ABŞ Ruziyanın milli təhlükəsizliyini hədələyir"

Lavrov:"ABŞ Ruziyanın milli təhlükəsizliyini hədələyir"

Date: 9 October 2016 19:47

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyir ki, ABŞ onların milli təhlükəsizliyini hədələyən "aqressiv addımlar" atır.

"Biz ABŞ-ın Rusiyaya qarşı siyasətində fundamental dəyişikliklərin şahidiyik, bu, heç də sadəcə ritorik rusofobiya deyil, milli təhliüləsizliyimizi, milli maraqlarımızı hədələyən aqressiyadır", deyə Lavrov Rusiyanın "Birinci kanal"ına verdiyi müsahibədə bildirib.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, nazir ABŞ-ın Rusiya ilə sərhəddə yerləşən Şərqi Avropa ölkələrinə hərbi texnika daşıdığına işarə edib.

Lavrov onu da deyib ki, ABŞ Suriya hökumət qüvvələrinə hava zərbələri endirsə, Rusiya da öz növbəsində Suriya hökumətini müdafiə edəcək.

Vaşinqton və Moskvanın Suriya münaqişəsində bir-biri ilə kəskin fikir ayrılıqları var. ABŞ-la Rusiyanın münasibətləri Ukrayna böhranından sonra daha da pisləşib. Krımın ilhaqından sonra ABŞ Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Milli.Az


Tags:  LavrovABŞ Ruziyanın milli təhlükəsizliyini hədələyir

RƏYLƏR


Top news