Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kabakın faydaları

Kabakın faydaları

Date: 9 October 2016 19:47

Kabak tərəvəzinin çox sayda faydası vardır. O cümlədən gözləri sağlam edər, öskürəyə qarşı kömək edər, astmanı müalicə edər, mədə və bağırsaq qanaxmalarının qarşısını alar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, kabakın tərkibində olan C vitamini və lutein maddəsi gözlərin görmə qabiliyyətini yaxşılaşdırar və gözü sağlam edər. Kabakın tərkibində C vitaminindən başqa A vitamini, karotin, maqnezium, kalium, mis, fosfor vardır. Kabak manqan maddəsinin zəngin olduğu tərəvəzlərdəndir. Bu tərəvəz insanın B1, B6 vitamininə olan ehtiyacını təmin edər. Kabakın tərkibində olan faydalı maddələrə: proteini, kalsiumu, dəmiri, niatsini misal göstərmək olar.
Kabakın tərkibində olan folat, kalium, A vitamini bədənin sağlam olmasına qulluq edər.
Mütəxəssislər bu qənaətə gəlib çatıb ki, kabakın tərkibində karbohidrat olmasına baxmayaraq, anti-oksidant xasiyyətinə malikdir. Kabak həm də qandakı insulini tənzim edir. Kabakın tərkibində Omeqa-3 yağı də mövcuddur.
Kabak astma xəstəliyinə müsbət təsir qoyur. Tərkibində olan C vitamini və anti-oksidantlar bu xəstəliyin yüngülləşməsinə səbəb olur. Kabakın xam tumları bağırsaqda olan parazitləri məhv edər və qəbizliyi aradan aparar. Kabakın toxumu bağırsaq yaraları üçün də faydalıdır. Öskürəyi yüngülləşdirə bilir.

Milli.Az


Tags:  Kabakın faydaları

RƏYLƏR


Top news