Haitidə 3 günlük matəm elan edilib

Haitidə 3 günlük matəm elan edilib
20:12 9 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Haitidə "Mettyu" qasırğası nəticəsində yüzlərlə insanın həyatını itirməsi ilə əlaqədar 3 günlük matəm elan edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün  Haiti prezidenti Joselerm Priver müvafiq fərman imzalayıb.
 
Matəmlə əlaqədar dövlət bayrağı yarıya qədər endiriləcək, gecə klubları və əyləncə mərkəzləri bağlı olacaq. Radio və telekanallara proqramlarına dəyişiklik etmək və matəmə uyğun musiqilər efirə vermək tövsiyə edilib.
 
Qasırğa qurbanların sayı isə hələ dəqiq müəyyənləşdirilməyib. Son məlumata görə, ölənlərin sayı 900 nəfərə çatır. Təbii fəlakətlə əlaqədar bu günə təyin edilmiş prezident və parlament seçkilərinin təxirə salınıb. Haitinin Müvəqqəti Seçki Şurası səsvermə gününün dəqiq tarixini oktyabrın 12-də açıqlayacağını bəyan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR