Ricət nədir və ricətə inanmayan şiə sayılırmı?

Ricət nədir və ricətə inanmayan şiə sayılırmı?
20:22 9 Oktyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Ricət əsasən səfəri məzhəbinə aid olan bir məsələdir. Ərəb dilindən tərcümədə "qayıdış" demək­dir. Bir çox hədislərə görə, dünyanın sonuna yaxın, qiyamətin qopmasından bir qədər əvvəl Allahın əmri ilə bəzi İslam müqəddəsləri və onların düşmənləri dirilib bu həyata qayıda­caqlar. Müqəddəslər vaxtilə öz düşmənlərin­dən çəkdikləri zülm və əziyyətlərin intiqa­mını onlardan alacaqlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, məsələn, İmam Hü­seynlə (ə) Yezid və onun əlaltıları ricət hadisəsinin əsas fiqurlarından sayılır. Həzrət Hüseyn (ə) öz qatillərini məhv edəcək. Buna görə də ricət - qiyamətdən əvvəl ilahi əda­lətin kiçik miqyasda təntənəsi kimi  qəbul edilir. Ricət hadisəsinin İmam Mehdinin (ə) zühurundan sonra baş verəcəyini yazırlar. Cəfəri məzhəbinə aid kitablarda bəzi Quran ayələri də ricətin doğruluğuna sübut kimi gətirilir. Məsələn, Nəml, 83 və s.

Ricət barədə hədislər cəfəri məzhəbində o qədər çoxdur ki, bəzi alimlər (məsələn, Şeyx Səduq, Şeyx Müfid, Seyyid Mürtəza, Əllamə Təbrisi, Hürr Amuli, Əllamə Məclisi, Əllamə Təbatəbai və b.) bu məsələdə bütün şiə üləmasının icma etdiyini əldə əsas tutaraq, ricəti şiə məzhəbinin əqıdə əsaslarından biri kimi təqdim etmişlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR