Qarşılayın, ilk dizel mühərrikli Bentley - FOTO

Qarşılayın, ilk dizel mühərrikli Bentley - FOTO
20:27 9 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Bentley" ilk dəfə olaraq dizel mühərrikli avtomobil istehsal etdi. Gordüyünüz kimi, bu böyük şərəfə böyük "Bentley" - yolsuzluq avtomobili (model tarixində yenə də ilk) "Bentayga" layiq görüldü.

Milli.Az auto.az-a istinadən bildirir ki, britaniyalılar bu ağır yanacaqla işləyəcək debüt model üçün təchizatı düzgün seçiblər - bu, çılğın "Audi SQ7"-dəndir. Qeyd edək ki, bu, 4-litrlik, ikili turbini olan V8 və "e-booster" yükləyicidir. Bu, çox güclü sistemdir! "Audi"də olduğu kimi, burada da 435 a.g. və 900 Nm fırlanma anı var.

2400 kiloqlarlıq "Bentley" elə dinamikada da "SQ7"-ni təkrarlayır - ilk yüzlüyə 4,8 saniyə vaxt sərf edilir. Eyni zamanda, alman krossoverindən fərqli olaraq, "britaniyalının" maksimal sürəti 20 km/saat çoxdur, yəni, 270 km/saat. Avtomobildə, həmçinin xüsusi hazırlanmış qazburaxma sistemi, 8-pilləli ZF avtomat sürət qutusu və əlbəttə, tam ötürücü quraşdırılıb. Bu model 100 km məsafəyə 7,3 litr yanacaq sərf edir.

Dizel mühərrikli ilk "Bentley" cari ilin sonları, gələn ilin əvvəllərində satışa çıxarılacaq.
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/474882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR