Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tarixdə ilk yaşıl vərəqə göstərildi - VİDEO

Tarixdə ilk yaşıl vərəqə göstərildi - VİDEO

Date: 9 October 2016 20:27

İtaliyanın "Viçensa" klubunun forvardı Kristiano Qalano dünya futbol tarixində ilk yaşıl vərəqəni "Virtus Entella" ilə matçda alıb.

Milli.Az Tutto Sport-a istinadən bildirir ki, insident İtaliyanın B seriyasının 7-ci turunda, "Viçensa"-"Virtus Entella" matçının ikinci hissəsində yaşanıb. Qalanonun vurduğu zərbədən sonra top qapının yanından keçib və hakim topun "Vitrtus Entella"nın oyunçularından birinə dəydiyini hesab edərək künc zərbəsi təyin edib.

"Viçensa"nın oyunçusu Qalano hakimə səhv etdiyini deyib. Künc zərbəsi ləğv olunub, Qalano isə yaşıl vərəqə ilə "mükafatlanıb".

Matç "Virtus Entella"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Yaşıl vərəqə "fair play" qaydalarına riayət edən oyunçuya verilir. Sarı və qırmıız vərəqələrdən fərqli olaraq, yaşıl vərəqə nümayiş olunmur.
Ən çox yaşıl vərəqə alan futbolçu xüsusi mükafata layiq görüləcək.

Milli.Az


Tags:  Tarixdə ilk yaşıl vərəqə göstərildi VİDEO

RƏYLƏR


Top news