Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qadın kimin yanında hicab örtməsə olar?

Qadın kimin yanında hicab örtməsə olar?

Date: 9 October 2016 20:42

Qadın yaxşını pisdən ayırmayacaq dərəcədə kiçik olan uşaqların və məhrəm kişilərin yanında hicabsız gəzə bilər. Qadına məhrəm olan kişilər üç dəstəyə bölünür: qan qohumluğu ilə məhrəm olanlar, ərə getməklə məhrəm olanlar və süd verməklə məhrəm olanlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, qan qohumluğu ilə məhrəm olanlar qadının atası, babası, əmisi, dayısı, atasının və anasının əmisi və dayısı, öz qardaşı, qardaşının və bacısının oğlu, öz oğlu, nəvəsidir. Ərə getməklə məhrəm olan qadının qaynatasıdır. Bu iki növ məhrəmlər süd verməklə də məhrəm ola bilərlər. Yəni qadının süd atası, onun atası, öz süd qardaşı, onun oğlu, öz süd bacısının oğlu, süd əmisi və dayısı, ərinin süd atası, öz süd oğlu və nəvəsi məhrəm sayılırlar.

Milli.Az


Tags:  Qadın kimin yanında hicab örtməsə olar

RƏYLƏR


Top news