Ümmül-Bənin kimdir?

Ümmül-Bənin kimdir?
20:52 9 Oktyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Ümmül-Bənin Fatimeyi-Zəhranın (ə) vəfatından sonra Həzrət Əlinin (ə) evləndiyi xanımlardan biridir. Onun əsil adı Fatimə bint Hizam Kəlbiyyə idi. "Ümmül-bənin" bu qadının künyəsidir, mənası "oğullar anası" deməkdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, Həzrət Əlinin (ə) qardaşı Əqil ərəblərin əsil-nəsəbini gözəl bilirdi; belə adamlara "nəssabə" deyirlər. İmam Əli (ə) Həzrət Fatimənin (ə) vəfatından bir müddət sonra Əqildən xahiş etdi ki, ərəb qəbilələrindən onun üçün evlənməyə bir qadın seçsin. Həzrət Əli (ə) gələcəkdə baş verəcək müharibələr zamanı şücaətli oğullara arxalanmaq istəyirdi. Ona görə qardaşından xahiş etdi: "Elə bir qadın seç ki, mənə şücaətli oğullar bəxş etsin". Əqil İmama məsləhət gördü ki, Bəni-Kilab qəbiləsindən Fatimə bint Hizamla evlənsin; çünki onun nəsli igidlikdə məşhur idi. Fatimə bint Hizam Həzrət Əliyə (ə) dörd oğul bəxş etdi: şücaət nümunəsi olan Həzrət Əbülfəzl Abbas, Qasim, Cəfər və Osman. Bunların dördü də aşura günü Kərbəlada igidlik göstərib şəhid oldular. Fatimə bu oğullara görə "Ümmül-bənin"künyəsini qazanmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR