Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çempiondan uğursuz çıxış: 4 oyunda 3 məğlubiyyət

Çempiondan uğursuz çıxış: 4 oyunda 3 məğlubiyyət

Date: 9 October 2016 20:52

Bursada yerli bələdiyyənin təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Cengiz Göllü turnirində çıxış edən "Azərreyl" yarışı uğursuzluqla başa vurub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "dəmiryolçular" sonuncu matçda da qələbəyə həsrət qalıblar.
 
Turnir boyunca "Bursa Böyükşəhər Bələdiyyəspor"la "Maritza"ya məğlub olub, "Proton"a qalib gələn ölkə çempionumuz sonuncu oyunda da uduzub.
 
"Dəmiryolçular" "Olimpiakos"la görüşdən boynubükük ayrılıb. Təmsilçimiz rəqibinə ciddi müqavimət göstərsə də, yekunda 2:3 hesablı məğlubiyyətə üzülüb.
 
Maraqlıdı ki, matç məhz "Azərreyl"in üstünlüyü ilə başlayıb. İlk iki setdə qəlbə qazanan çempion sonradan ardıcıl üç dəfə məyus olub - 25:21, 25:23, 21:25, 23:25, 6:15.

Milli.Az


Tags:  Çempiondan uğursuz çıxış oyunda məğlubiyyət

RƏYLƏR


Top news