Azərbaycan sosialyönümlü siyasətinə sadiq qalacaq - VİDEO

Azərbaycan sosialyönümlü siyasətinə sadiq qalacaq - VİDEO
21:17 9 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq böhran davam etməsinə baxmayaraq Azərbaycan sosialyönümlü siyasətinə sadiq qalacaq. Gələn ilin dövlət büdcəsində də sosail layihələr əsas prioritet olacaq. Ötən həftə nazirlər kabinetinin cari ilin geridə qalan dövrünün yekunlarına həsr olumuş iclasında prezident İlham Əliyevin nitqi belə deməyə əsas verir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, əslində bir çox iri maliyyə tutumlu infrastruktur layihələrinin indiyədək icra olunması ümumi büdcə xərclərinin azalması fonunda belə sosial sosial yönümlü layihərin davam etdirilməsinə imkan verir. Amma bu o demək deyil ki, investisya layihələri dayanmalıdır.

Bununla belə sırf istehsal sahələrində də infrastruktur layihələri davam etdiriləcək. İndiyədək bu sahədə də əsas maliyyə yükü dövlətin üzərinə düşürdü. Postneft dövrünün reallıqları indi bu sahəyə özəl invesitsiyaların daha çox cəlb olunmasını tələb edir. İndiyədək bunun əsas maliyyə yükün dövlət çəkirdisə, indi özəl sektor burada daha çox fəal olmalıdır. Dövlət isə bu prosesdə özəl sektora daha böyük imkanlar yaratmaq və təşviqedici addımları ilə yenə həlledici rola malik olacaq. İl ərzində aparılan islahatlar da məhz buna hesablanıb. Ötən həftə bəzi idxal məhsullarına tətbiq olunan gömrük rüsumlarının artımı da bunlardan biridi. Prezidentin xüsusi diqqət mərkəzində saxladığı məsələrdən biri yaradılan şəraitdən sui-istifadə edilməməsi ilə bağlıdı.

Ümumilikdə isə aparılan islahatlar gələn il üçün nikbin proqnozlar verməyə əsasdır. Referendumun nəticələri rəsmiləşdikdən sonra islahatlar daha da sürətlənəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR