Qəhvəyi düyünün faydaları

Qəhvəyi düyünün faydaları
21:17 9 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağ düyü ilə qəhvəyi düyünün fərqi ancaq rəngində deyildir. Qəhvəyi düyü belə istehsal olunur ki, onun ancaq xarici qatı ayrılır. Ərzağın dəyərinə daha az zərər dəyir. Qəhvəyi düyünün ağ düyüyə çevrilməsi üçün 67% dəyirini itirir. Nəticədə B6 vitaminin 90%-ni, maqneziumla, fosforun yarısını, dəmirin 60%-ni və lazım olan yağ turşularını əldən verir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, maqnezium protein və karbohidratların enerji istehsalını asanlaşdırır. Əsəb sistemini təşkil edən yağ turşularının istehsalında iştirak edir. Həmçinin xolesterinin istehsalında da şərikdir. Maqneziumun miqdarı qəhvəyi düyüdə ağ düyündən daha çoxdur.
Qəhvəyi düyü az kalorili olduğu üçün arıqlamağa yardım edər. Aparılan tədqiqat göstərmişdir ki, qəhvəyi düyü yeyən xaınmların çəkisi ağ düyü yeyən xanımların çəkisindən 49% daha azdır.
Əgər yoğun bağırsaq xərçənginə görə nigaransınızsa, bunu bilin ki, qəhvəyi düyü tərkibində olan liflərə görə yeməyi bədəndən rahat şəkildə xaric edə bilir. Ona görə də bu xəstəliyin qarşısını almaqda və müalicəsində faydalı qida hesab olunur. Bundan başqa qəhvəyi düyünün tərkibində olan silenium maddəsi bu xərçəng riskini azaldır.
Silenium qalxanvari hormonların maddələr mübadiləsində və immun sistemində xüsusi rola malikdir. Tədqiqatlar göstərir ki, bu maddə bədəndə olarsa, xərçəng riskini azaldar. Belə ki, zədələnmiş hüceyərlərin bərpa olması üçün DNA-nı istehsalına ehtiyac olar. Bu maddə ona yardım edər. Nəticədə zərərli hüceyrələrin istehsalı zəifləyər.
Qəhvəyi düyünün başqa bir faydası tərkibində olan liqnan maddəsinə görədir. Bu maddə əncir və tutda da olur. Ürək xəstəliklərin qarşısını almaqda yardımçıdır. O kəslərin ki, qan təzyiqi yüksəkdir, bu düyü onlar üçün də münasib qidadır.
Bu düyünün tərkibində olan maddələr bir çox xəstəliklərin qarşısını aldığı halda, ağ düyünün tərkibində bu xüsusiyyətlər yoxdur. Bundan başqa ağ un kimi, ağ düyü də çəkinin artmasına səbəb olar.
2800 diabet xəstəsi üzərində aparılan tədqiqat göstərmişdir ki, o kəslər ki, qəhvəyi düyüdən və qəhvəyi çörəkdən istifadə edirlər, onlarda insulinə müqavimət daha güclüdür.
Beləliklə, deyə bilərik ki, qəhvəyi düyü tərkibində olan maqnezium zənginliyə görə qan təzyiqi, ürək xəstəliyi və diabet xəstələr üçün faydalı bir qidadır. Bundan başqa, qəhvəyi düyü əsəb sisteminə müsbət təsir qoyduğu üçün yorğunluğu aradan aparar və əsəb gərginliyini azaldar. Əsəb sisteminə yardım edər ki, əvvəlki vəziyyətinə qayıtsın. Nəticədə miqren ağrılarını da zəiflədər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR