Sürücülər bu cərimədən xəbərsizdir - VİDEO

Sürücülər bu cərimədən xəbərsizdir - VİDEO
21:27 9 Oktyabr 2016
110 Ölkə
Ölkə mətbuatı
A- A+

İnzibati xətalar məcəlləsinə əsasən yaşayış məntəqələrindən kənarda sağ zolaq boş olduqu halda sol zolaqla hərəkət edən sürücüləri 40 manat cərimə gözləyir. Həmdə yol boyu bu pozuntuya görə sürücülər bir yox bir neçə dəfə cərimələnə bilər. Əksər sürücülər isə bu qaydadan xəbərsizdir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, rayonlararası yollarda sağ zolaq boş olduqu halda avtomobili sol zolaqla idarə etmək qadağan olsa da, əksər sürücülər bundan xəbərsizdir. İnzibati Xətalar Məcəlləsinə görə isə bu pozuntunun cəriməsi 40 manatdır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, üstülik sürücülər uzun yol getdikləri zaman bu xətanı mütəmadi olaraq törədirsə hər dəfə müşahidə kamerlarının yanında keçərkən onun haqqında cərimə pratakolu tərtib edilə bilər.  

Amma magistral yolun sağ hərəkət zolaqında hərəkət mümkün olmadığı və yaxud çətin olduqu vaxtlarda sürücülərə sol zolaqda hərəkət etməyə icazə verilir. Belə hal isə nə çox Bakı-Quba yolunda müşahidə edilir. Bu yolun sağ zolaqı dağıldığından sürücülər sol zolaqda getməyə məcbur olurlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR