Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Məşhur braziliyalı futbolçunun evi qarət olunub

Məşhur braziliyalı futbolçunun evi qarət olunub

Date: 9 October 2016 21:27

Bakı. 9 oktyabr. REPORT.AZ/ Futbol üzrə Braziliya yığma komandasının sabiq üzvü Romarionun evi qarət olunub.
"Report" xəbər verir ki, bu barədə "Sport.es" portalı yazıb.
Canilər evdən portativ kompüter və Romarionun çoxsaylı oyun futbolkalarını oğurlayıblar. Qarətçilər hadisə yerinə yaxın yerləşən avtobus dayanacağında saxlanılıblar və bütün oğurladıqları əşyalar onların üzərində olub.
Romario futbolçu karyerasını 2008-ci ildə başa vurub. O Braziliya yığmasının heyətində 1994-cü ildə dünya çempionu olub. Futbolçu 2010-cu ildə Braziliya Sosialist Partiyasından Milli Konqresin Aşağı Palatasına seçilib.

Tags:  Məşhur braziliyalı futbolçunun evi qarət olunub

RƏYLƏR


Top news