"Qəbzdəki məlumatlar silinir" - VİDEO

"Qəbzdəki məlumatlar silinir" - VİDEO
21:27 9 Oktyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Terminalda pul ödədi, aldığı qəbzin məlumatları isə bir müddət sonra silindi. Cəlilabad rayon sakini belə iddia edir. O buna görə, hətta 70 manat maddi ziyana düşdüyünü də deyir. Bəs görəsən ödəmə terminallarının qəbzləri müdaxilə olmadan silinə bilərmi?

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ödəmə terminalı vasitəsi ilə komunal ödəniş edən şəxs problemlə üzləşib. Söhbət Cəlilabad rayon Privolniye kənd sakini Kamal Ağayevdən gedir. O, iddia edir ki, 1 ilə yaxındır bütün komunal ödənişlərini terminallar vasitəsi ilə edir və çeklərini də özündə saxlayıb.

Lakin məlum olub ki, zaman keçdikcə çeklərin üzərindəki yazılar silinir. Bir müddət sonra Azərişiğın yerli namyəndələri Abonentdən istifadə etdiyi enerjinin haqlarını tələb edikdə Kamal Ağayev çıxılmaz vəziyyətdə qalıb.

O, Terminal vastəsi ilə ödədidyi enerji haqqının çekləri təqdim etsə də qurum rəsmiləri bunu qəbul etməyiblər.70 manatlıq burcun ödənməsi üçün abonentə xəbərdarlıq edilib.

Çarəsiz halda qalan Vətəndaş yenidən bu borcu ödəmək məcburiyyətində qalıb.

Vəkil Xəyal Bəşirov deyir ki, belə halın baş verməsi ilk növbədə istehlakçıların hüquqlarına ziddir.

Sözügedən problemlə bağlı terminalın aid olduğu şirkətlə əlaqə saxladıq. Bildirildi ki, qəbzin üzərindəki yazı heç bir müdaxilə olmadan silinə bilməz. Ancaq buna baxmayaraq həmin müştəri müraciət etsə, ona qəbz yenidən çıxarılaraq təqdim edilə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR