Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Arzu Əliyeva ailəsi ilə yarış izlədi - fotolar

Arzu Əliyeva ailəsi ilə yarış izlədi - fotolar

Prezident ailəsi ilə “Yel çərşənbəsi”ni qeyd etdi - FOTOLAR (08 Mart 2017 01:23)
Kiçik qızı Mehriban Əliyevanı belə təbrik etdi - VİDEO (21 Fevral 2017 19:48)

Tarix: 9 Oktyabr 2016 21:31

Oktyabrın 9-da Bakıda Heydər Əliyev Mərkəzinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “Red Bull Soapbox” yarışı keçirilib.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, yarışı izləyənlər arasında Arzu Əliyeva və ailə üzvləri də olub.

Yarışın qalibi adına “Angry Birds” komandası layiq görülüb. “Aviators” komandası ikinci, “Bull & Co” isə üçüncü yeri tutub.

Münsiflər heyətinə Azərbaycanın şou-biznes və incəsənət aləminin tanınmış simalarının daxil olduğu yarışda iştirakçılar yaradıcılıq və startdan öncə qurduqları səhnəciklər əsasında qiymətləndirilib. Digər bir meyar isə arabanın finişədək bütün maneələri dəf edərək çatdığı vaxt olub.

“Red Bull Soapbox” yarışları bütün dünyada şəhər yollarında keçirilir və komandalar yerli həvəskarlardan təşkil olunur. Yarışda 44 komanda öz dördtəkərli arabaları ilə iştirak edir. Arabalar heç bir texniki vasitə olmadan, yalnız insanın fiziki qüvvəsi ilə hərəkətə gətirilir.

İlk “Red Bull Soapbox” yarışı 2000-ci ildə Belçikada təşkil edilib.










Teqlər:  Arzu Əliyeva ailəsi yarış izlədi fotolar



RƏYLƏR


Top xəbərlər