Azərbaycan millisini Çexiyaya aparan təyyarədə nasazlıq yaranıb

Azərbaycan millisini Çexiyaya aparan təyyarədə nasazlıq yaranıb
22:05 9 Oktyabr 2016
106 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşacaq milli komandamız bu gün oyunun keçiriləcəyi Ostrava şəhərinə yola düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, saat 16:00-da yola düşməli olan təyyarə bir qədər gecikmə ilə havaya qalxıb.
 
Havada olarkən isə nəqliyyat vasitəsində texniki nasazlıq yaranıb. Belə ki, təyyarənin təkərlərindən birinin tam qapanmaması uçuş sırasında həyəcan yaradıb. Bu barədə sərnişinlərə də məlumat verilib və bildirilib ki, Bakıya dönüb, nasazlıq aradan qaldırıldıqdan sonra yenidən yola düşüləcək.
 
Ancaq sonradan təyyarə ekipajı artıq problemin aradan qaldırıldığını və uçuşun marşrut üzrə davam etdiriləcəyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR