Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Hər namazdan əvvəl azan və iqamə demək lazımdır?

Hər namazdan əvvəl azan və iqamə demək lazımdır?

Azan səsi gələndə qorxmaq normaldır? (19 Mart 2017 20:52)
Azanı qadağan etmək istəyən İsrailə iki şok birdən - VİDEO (15 Mart 2017 00:38)
Türkiyədə azan xəbərdarlığı (20 Fevral 2017 12:17)

Tarix: 9 Oktyabr 2016 22:12

Əhli-sünnə məzhəbində üstün olan görüşə görə, camaat namazında azan və iqamə söyləmək təkid olunmuş sünnəti-kifayidir. Yəni camaat namazı qılan adamlardan heç biri azan və iqamə oxumasa, hamısı sünnəti tərk etmiş olar; biri oxusa, o birilərin boynundan vəzifə götürülər. Başqasının azanını eşitməyən adam üçün və təkbaşına namaz qılan adam üçün isə azan-iqamə oxumaq sünnəti-eyni olar. Hənəfilər azanı təkid olunmuş sünnəti-kifayi bilirlər. Yəni əgər kimsə qəsdən tərk etsə, vacib əməli tərk etmiş adam qədər günah qazanar. Hənbəlilər isə azanı fərzi-kifayi bilirlər. Cəfəri məzhəbində əksər müctəhidlər azan və iqamə oxumağı müstəhəb bilirlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, ayətullahül-üzma Məkarim Şirazi xüsusilə iqamənin imkan daxilində tərk edilməməsini məsləhət bilir. Mərhum Ayətullahül-üzma Behcət isə müstəhəb ehtiyata görə, iqamənin tərk edilməməsini buyururdu (xüsusilə sübh və məğrib namazı qılan, eləcə də, tək halda namaz qılan adam üçün).

Milli.Az


Teqlər:  Hər namazdan əvvəl azan iqamə lazımdır



RƏYLƏR


Top xəbərlər