Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mercedes zirehli limuzin göstərdi - FOTO

Mercedes zirehli limuzin göstərdi - FOTO

Date: 9 October 2016 22:27

"Mercedes" zirehli modellər sırası "Guard"-ı "Maybach"-la davam etdirir - söhbət VR9 müdafiə sinfinə aid "Mercedes-Maybach S600 Pullman"-dan gedir. Bu, həddindən çox bahalı limuzindir. VR9 sinfi o deməkdir ki, avtomobil bir çox silahlardan açılan atəşlərə, o cümlədən yaxınlıqda partladılan bombalara (yəni, 2 metr məsafədə 15 kq-lıq tratil) dözür.

Milli.Az auto.az-a istinadən bildirir ki, belə limuzin banın konstruksiyası ilə xarici panellər arasında olan yüksək dayanıqlı poladla, aramidlə, polikarbonat şüşələrlə və hətta salonda xüsusi müdafiə əlavələri ilə (onlardan biri də sərnişinləri arxa şüşəyə nişanlanmış atəşlərdən qoruyur) lovğalana bilər. Yəqin başa düşdünüz 6,5 metrlik zirehli "S600 Pullman"-ın çəkisi də ağırdır - 5,1 ton.

Bu "Mercedes-Maybach"-ın həm də həyəcan siqnalı, reproduktoru, radiostansiyası və mühərrikin fövqəladə hallarda işə salınması üçün əlavə akkumulyatoru var. Bütün bunları isə 530 a.g.-ə (830 Nm) malik 6-litrlik V12 daşıyır. Lakin həddindən artıq ağır olduğundan avtomobilin maksimal sürəti 160 km/saatdır.

Avtomobilin qiyməti isə 1,4 milyon avrodur. İlk avtomobillər isə alıcılarına 2017-ci ilin ikinci yarısında çatdırılacaq.
Milli.Az








Tags:  Mercedes zirehli limuzin göstərdi FOTO

RƏYLƏR


Top news