Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Filmdən qazandığı pulu futbol klubuna verdi

Filmdən qazandığı pulu futbol klubuna verdi

Date: 9 October 2016 23:01

“İkimizin yerinə” filmində baş rolları oynayan Serenay Sarıkaya və Nejat İşler hərəyə 500 min lirə (təxminən 250 min manat) qazanıblar.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, N.İşler qazandığı pulun bir miqdarını prezidenti olduğu “Gümüşlükspor”a verib.

Qeyd edək ki, ssenarisini Pınar Bulutun yazdığı, rejissorluğunu Umur Turagayın etdiyi ekran işi oktyabrın 21-də tamaşaçı qarşısına çıxacaq.

İlin ən iddialı sevgi filmi sayılan “İkimizin yerine”nin Bakıda da təqdimatı baş tutacaq. Filmin qəhrəmanlarını canlandıran S.Sarıkaya və N.İşler Nizami Kino Mərkəzindəki qala gecə üçün Bakıya gələcəklər.


Tags:  Filmdən qazandığı pulu futbol klubuna verdi

RƏYLƏR


Top news