"Mançester Siti" futbolçulara rəngli butsular geyinməyi qadağan edib

"Mançester Siti" futbolçulara rəngli butsular geyinməyi qadağan edib
23:07 9 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 oktyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubu gənc futbolçulara müxtəlif rəngli butsular geyinməyi qadağan edib.
"Report" xəbər verir ki, bu barədə "Mirror" qəzeti yazıb.
İndi qaydalar futbolçulara yalnız qara butsuda oynamağa imkan verir. "Mançester Siti" akademiyasının baş məşqçisi Ceyson Uilkoksun sözlərinə görə, klub oyunçulardan yaxşı futbolçu yetişdirməklə yanaşı, həm də onların şəxsi inkişafında iştirak etməlidir.
"Mənim üçün başqalarına hörmət etməyən məşhur futbolçu görməkdən pis şey yoxdur. Bəli, siz məqsədyönlü olmalısınız, amma siz yenə də, başqalarına hörmət qoymalısınız. Futbolçunun kiminlə danışmasının - xidmətçilərdən biri ilə və ya baş direktorla - fərqi yoxdur, biz onlardan hörmət göstərmələrini tələb edirik", - deyə Uilkoks bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/mancester-siti-futbolculara-rengli-butsular-geyinmeyi-qadagan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR