Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Tramp köpəkdir, donuzdur" - ƏFSANƏVİ AKTYOR DEDİ - VİDEO

"Tramp köpəkdir, donuzdur" - ƏFSANƏVİ AKTYOR DEDİ - VİDEO

Date: 9 October 2016 23:17

Dünya kinematoqrafının canlı əfsanəsi, amerikalı aktyor və kinorejissor Robert De Niro Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı qəzəbli açıqlamalarla çıxış edib.

Milli.Az ABC-yə istinadən bildirir ki, videomüraciət amerikalıları noyabrın 8-də prezident seçkilərinə qatılmağa, səs verməyə çağıran "#VoteYourFuture" təşəbbüsü çərçivəsində yazılıb.

De Nironun açıqlamaları o qədər sərt, Trampı aşağılayıcı tərzdə olub ki, prodüserlər onun videoçarxını əsas axına salmayıblar, ayırca yayıblar. Sonucda video Fox News telekanalındakı "The Kelly File" proqramında nümayiq olunub.

"Tramp həddən artıq axmaqdır, yaramazdır, köpəkdir, donuzdur, fırıldaqçıdır, murdardır. O, hesab edir ki, cəmiyyəti barmağına dolayır. O, vergiləri ödəmir. Kolin Pauell onun barəsində hamıdan yaxşı demişdi: "Tramp milli fəlakətdir". O, bütün ölkə üçün biabırçılıqqdır. Belə axmağın, yonulmamış kobudun indiki səviyyəyə çatmasınna şərait yaradan ölkəmin bunca aşağı yuvarlanması məni sinirləndirir. O deyir ki, insanların üzünə zərbə vurmaq istəyir. Mən özüm onun üzünə şapalaq vurmaq istəyirəm", - Robert De Niro deyib.

Milli.Az


Tags:  Tramp köpəkdir donuzdur ƏFSANƏVİ AKTYOR DEDİ VİDEO

RƏYLƏR


Top news