Daha da az yaşayacağıq

Daha da az yaşayacağıq
23:22 9 Oktyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Çətin ki bundan sonra kimsə 116 il yaşasın. Amerikalı alimlərin araşdırması bəşər övladının maksimum yaşama müddətinin azaldığını ortaya çıxarıb. Tədqiqatçıların  iddiasına görə yer kürəsində maksimum yaşama müddəti təxminən 115 ildir.

Milli.Az atv.az-a istinadən bildirir ki, əlbəttə nə vaxtsa istisnalar qeydə alına bilər. Ancaq  yer kürəsində 125 yaşlı adam tapmaq ehtimalı az qala lotereyada cek pot udmaq ehtimalına bərabər olub.  Bəzi elm xadimləri araşdırmanın nəticəsini müsbət qiymətləndirsə də, bir çox alim iddia ilə razılaşmır. Ən azı ona görə ki,  19-cu əsrdən bu yana tibbin inkişafı sayəsində orta yaşam müddəti ciddi şəkildə artıb.

Lakin uzunömürlülər arasında bu müddətin yavaş-yavaş gerilədiyi də reallıqdır.   105 yaşa çatan insanların demək olar ki, hamısında həyat əlamətləri zəifləməyə başlayır. Bu isə  daha uzun müddət yaşamaq ehtimalını azaldır. Belə görünür ki, bir insan nə qədər çox çalışsa da, 115 ildən o yana yaşaya bilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR