Erməni Kardaşyanın oğurlanmış üzüyü tapıldı - FOTO

Erməni Kardaşyanın oğurlanmış üzüyü tapıldı - FOTO
23:32 9 Oktyabr 2016
191 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın ən məşhur realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra məşhurlaşmış erməni Kim Kardaşyanın oğurlanmış zinət əşyalarından biri tapılıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Fransanın paytaxtı Parisin Polis Departamentindən verilən məlumata görə, 35 yaşlı Kardaşyanın üzüklərindən birinin qaşı "Hotel Particulier Pourtales" hotelinin yaxınlığında tapılıb.

Kardaşyan bu oteldə üzlərində maska, əyinlərində polis forması olan 5 quldur tərəfindən qarət olunub. Quldurlar Kardaşyanın 11 milyon dollarlıq zinət əşyalarını aparıblar.

Müstəntiqlərin dediklərinə görə, üzük qaşında quldurlardan ən azı birinin DNT izləri qala bilər: "Quldurlar tələsirdilər və bu səbəbdən səhvə yol veriblər, qarət etdikləri zinət əşyalarının bir hissəsini yerə salıblar".

Kim Kardaşyanın oğurlanmış zinət əşyalarının hamısı sığortalanıb.

Həmin əşyalar arasında erməni şou ulduzuna ərinin, amerikalı reper Kanye Uestin hədiyyə etdiyi 4,5 milyüon dollarlıq nişan üzüyü də vardı.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/477764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR