İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb FOTO

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb FOTO
23:33 9 Oktyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 9-da İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüş zamanı Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etdilər. Dövlət başçıları əlaqələrimizin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliklərini bildirdilər.

Söhbət zamanı münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonra dövlət başçıları birgə şam etdilər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR