Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müvəkkil Hüquq Mərkəzi Gəncə şəhərində sahibkarlar üçün təlim təşkil edib

Müvəkkil Hüquq Mərkəzi Gəncə şəhərində sahibkarlar üçün təlim təşkil edib

Date: 9 October 2016 23:37

Bakı. 9 oktyabr. REPORT.AZ/ Müvəkkil Hüquq Mərkəzi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əhali arasında “Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində sahibkarlar üçün təlim təşkil edib.
Mərkəzdən "Report"a verilən məlumata görə, təlim Gəncə Şəhər İcra Hakimiyyətində keçirilib.
“Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda keçirilən təlimdə 10 sahibkar iştirak edib.
Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov layihə haqqında geniş məlumat verərək, son dövrlər sözügedən mövzunun aktual olmasına diqqət çəkib.
Təlim-treninqlər nəzəri və praktik hissələrdən ibarət olmaqla, "Sahibkarlıq subyektləri arasında bağlanmış əqdlərin hüquqi aspektləri" və "Sahibkarlıq subyektlərində mühasibatlıq işinin təşkili" mövzusunda aparılıb.
Təlimlərin ikinci, praktik hissəsində isə treninq iştirakçıları 3 qrup üzrə komanda çalışmalarında iştirak edib və təqdimatlar hazırlayıblar.
Sonda təlimi uğurla başa vuran sahibkarlara sertifikatlar təqdim edilib.

Tags:  Müvəkkil Hüquq Mərkəzi Gəncə şəhərində sahibkarlar təlim təşkil edib

RƏYLƏR


Top news