Karolina institutunun alimləri depressiya ilə mübarizə üsullarının tapılması üçün geniş araşdırma aparıblar. Bu barədə məlumatı Rusiya KİV-ləri verib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, araşdırma zamanı bir çox metodlar sınaqdan keçirilib. Lakin, alimlər araşdırmanın sonunda qənaətə gəliblər ki, depressiya ilə mübarizə aparmağın ən yaxşı yollarından biri idman etməkdir. Alimlər sözügedən araşdırmanın nəticəsində bildiriblər ki, depressiya ilə mübarizə aparmaq üçün daim idmanla məşğul olmaq lazımdır.
Milli.Az