Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Dimona” AES-i Şimon Peresin adını daşıyacaq

“Dimona” AES-i Şimon Peresin adını daşıyacaq

Date: 9 October 2016 23:52

İsrailin "Dimona" Atom Elektrik Stansiyası (AES) bundan sonra ölkənin mərhum prezidenti Şimon Peresin adını daşıyacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İsrail Nazirlər Kabinetinin mətbuata bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, İsraildə nüvə sənayesinin "ata"sı hesab edilən Şimon Peres ölkənin təhlükəsizliyi üçün olduqca əhəmiyyətli olan bu stansiyanın ərsəyə gəlməsi üçün çox iş görüb. Ölkənin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında hökumət üzvlərini bu barədə məlumatlandırıb.

Qeyd edək ki, "Dimona" AES 1962-ci ildə istifadəyə verilib.

Milli.Az


Tags:  Dimona AES-i Şimon Peresin adını daşıyacaq

RƏYLƏR


Top news