Ərdoğan şəhid ailələrinə baş çəkdi

Ərdoğan şəhid ailələrinə baş çəkdi
23:57 9 Oktyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəhid ailələrini ziyarət edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,prezidentin baş çəkdiyi ilk ailə şəhid Onur Ensar Ayanoğlunun ailəsi olub. O, iyulun 15-də hərbi çevrilişə cəhd edənlərin qarşısına çıxaraq şəhid olub. Onun qardaşı Emin Oğuz Ayanoğlu isə həmin gecə yaralanıb. Ailəyə başsağlığı diləyən Ərdoğan sonra Acıbadem məhəlləsinə gedərək şəhid olan məhəllə muxtarı Mete Sertbaşın ailəsinə başsağlığı verib.

Daha sonra iki şəhid ailəsinə də baş çəkən president ona göstərilən sevgi və hörmətə görə vətəndaşlara minnətdarlıq edib. Prezidentin cangüdənləri isə uşaqlara oyuncaq paylayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR