Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan əsilli milyonçuya daha bir cinayət işi

Azərbaycan əsilli milyonçuya daha bir cinayət işi

Date: 9 October 2016 23:57

Külli miqdarda vergidən yayındığına görə axtarışa verilən Manaşirov qardaşlarının yaşca böyüyünə Rusiya İstintaq Komitəsində daha bir iş açılıb.

Milli.Az modern.az-a istinadən bildirir ki,dövlətə milyard rubldan çox vergi ödəməyən Solomon Manaşirov cinayət yolu ilə əldə etdiyi pulun leqallaşdırılmasında təqsirkar hesab olunur.

Azərbaycan əsilli biznesmenə qarşı birinci cinayət işi 2016-cı ilin aprel ayında qaldırılıb.

Bundan əlavə, istintaq Manaşirovu mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda da şübhəli bilir. Həmin qruplaşmaya bir neçə "kölgə" iş adamlarının, o cümlədən Solomonun qardaşı Roman Manaşirovun da daxil olduğu bildirilir.

Roman Manaşirov, xüsusilə, müəyyən dairələrdə, hüquq-mühafizə və istintaq orqanlarının nümayəndələri ilə bağlı məsələləri həll edən kimi tanınır.

O, müstəntiqlərə rüşvət verdiyinə görə 2015-ci ilin dekabrından tutulub və istintaq təcridxanasındadır.

Solomon Manaşirov hazırda İsraildədir. İstintaq Komitəsi onun Rusiyaya ekstradasiyası ilə bağlı müraciət etmək niyyətindədir.

Roman və Solomon Manaşirov qardaşları Quba rayonunda, Qırmızı Qəsəbədə anadan olublar.

Milli.Az


Tags:  Azərbaycan əsilli milyonçuya cinayət işi

RƏYLƏR


Top news