Millimizi Çexiyaya aparan təyyarədə nasazlıq yaranıb

Millimizi Çexiyaya aparan təyyarədə nasazlıq yaranıb
23:58 9 Oktyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşacaq milli komandamız bu gün oyunun keçiriləcəyi Ostrava şəhərinə yola düşüb.

Publika.az Apasport.az-a istinadən məlumatına görə, saat 16:00-da yola düşməli olan təyyarə bir qədər gecikmə ilə havaya qalxıb.

Havada olarkən isə nəqliyyat vasitəsində texniki nasazlıq yaranıb. Belə ki, təyyarənin təkərlərindən birinin tam qapanmaması uçuş sırasında həyəcan yaradıb. Bu barədə sərnişinlərə də məlumat verilib və bildirilib ki, Bakıya dönüb, nasazlıq aradan qaldırıldıqdan sonra yenidən yola düşüləcək.

Ancaq sonradan təyyarə ekipajı artıq problemin aradan qaldırıldığını və uçuşun marşrut üzrə davam etdiriləcəyini bildirib.

Artıq milli komandamız Çexiyadadır.

Millimizi Çexiyaya aparan təyyarədə nasazlıq yaranıb
Millimizi Çexiyaya aparan təyyarədə nasazlıq yaranıb


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/171534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR