Sosial mediadan aktiv istifadə edən amerikalı aktrisa Halle Berri tez-tez uşaqları Nahla və Makeonun da şəkillərini paylaşır.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin, aktrisa bu vaxta qədər uşaqlarının üzünün göründüyü heç bir fotonu izləyiciləri ilə bölüşməyib.
50 yaşlı H.Berri bunun səbəbini belə açıqlayıb:
“Uşaqlarımdan utanmıram. Onlar həyatımın ən böyük hissələridir. Hələ ki, onlar gizli saxlamaq üçün çalışıram. Çünki onlar hələ uşaqdır. Böyüyəndə istədikləri paylaşımı etmək haqqında özləri qərar verərlər”.