DÇ-2018-in seçmə mərhələsinin III turunun oyunları keçirilib

DÇ-2018-in seçmə mərhələsinin III turunun oyunları keçirilib
01:37 10 Oktyabr 2016
137 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində "D", "G" və "I" qrupları üzrə III turun oyunları keçirilib.
"Report" xəbər verir ki, bu turda Azərbaycanda böyük azarkeş ordusu olan Türkiyə yığması səfərdə İslandiya millisinə 0:2 hesabı ilə məğlub olub.
"D" qrupunda Moldova öz meydanında İrlandiya ilə bacarmayıb, Serbiya Aleksandr Mitroviçin dublu sayəsində Avstriya üzərində çətin qələbə qazanıb.
"G" qrupunda İspaniya səfərdə Albaniyadan üstün olub, İtaliya millisi isə Makedoniya ilə oyunda sensasiyaya izn verməyib.
DÇ-2018. Təsnifat mərhələsi. Avropa. III tur.
"D" qrupu
Moldova - İrlandiya - 1:3
Qollar: İqor Buqayev, 45+1 - Şeyn Lonq, 2, Ceyms Makklin, 69, 76
Serbiya - Avstriya - 3:2
Qollar: Aleksandr Mitroviç, 6, 23, Duşan Tadiç, 74 - Marsel Zabittser, 15, Mark Yanko, 62
Uels - Gürcüstan - 1:1
Qollar: Qaret Beyl, 10 - Tornike Okriaşvili, 57
"G" qrupu
Albaniya - İspaniya - 0:2
Qollar: Diyeqo Kosta, 55, Nolito, 63
Makedoniya - İtaliya - 2:3
Qollar: İliya Nestorovski, 57, Ferhan Hasani, 59 - Andrea Belotti, 24, Çiro İmmobile, 75, 90+1
İsrail - Lixtenşteyn - 2:1
Qollar: Tomer Hemed, 3, 16 - Maks Qopel, 49
"I" qrupu
İslandiya - Türkiyə - 2:0
Qollar: Ömər Toprak, 41(avtoqol), Alfred Finnboqason, 44
Finlandiya - Xorvatiya - 0:1
Qollar: Mario Mancukiç, 18
Ukrayna - Kosovo - 3:0
Qollar: Artyom Kravets, 31, Andrey Yarmolenko, 81, Ruslan Rotan, 87.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/dc-2018-in-secme-merhelesinin-iii-turunun-oyunlari-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR