Novitec tüninqində Lamborghini (FOTO)

Novitec tüninqində Lamborghini (FOTO)
01:43 10 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

"Novitec" yenidən "Lamborghini Huracan" üzərində işləyib, lakin bu dəfə dəyişikliyə superkarın arxa ötürücülü versiyası məruz qalıb. Bu, artıq "LP 580-2" yox, daha çox "LP 830-2"-dir.

Publika.az auto.az-a istinadən bildirir ki, siz düz başa düşdünüz - 5,2-litrlik V10 artıq baza variantındakı 580 a.g. əvəzinə 830 a.g.-ə malikdir. Tünerlər buna iki mexaniki yükləyici quraşdırmaqla, o cümlədən yeni qaz buraxma sistemi sayəsində (yeri gəlmişkən, səs tənzimlənir) nail olublar.

Atelyenin digər ştrixləri qabaq və arxa hissələrdə müvafiq olaraq 20 və 21 düymlük disklərdən, dəqiq karbon asılqandan, güclü palçıq qoruyucudan və 35 mm aşağı salınmış klirensdən ibarətdir. Qiymət isə müştərinin əlavə arzularından asılı olacaq.







Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/171540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR